EN

Buraxılış imtahanından uzaqlaşdırılanların aqibəti necə olacaq? - RƏSMİ

Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahan zamanı 9 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric ediliblər.

Bəs həmin şəxslərin aqibəti necə olacaq? Onların yenidən imtahan vermək imkanı olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzi mətbuat katibi Xanlar Xanlarzadə bildirdi ki, onların imtahan nəticələri ləğv olunub:

"Həmin şəxslər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqələrinə yalnız növbəti ildən etibarən qatıla bilərlər".

Nuriyyə NATİQQIZI

Chosen
73
1
redaktor.az

2Sources