Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahan zamanı 9 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric ediliblər.
Bəs həmin şəxslərin aqibəti necə olacaq? Onların yenidən imtahan vermək imkanı olacaqmı?
Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzi mətbuat katibi Xanlar Xanlarzadə bildirdi ki, onların imtahan nəticələri ləğv olunub:
"Həmin şəxslər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqələrinə yalnız növbəti ildən etibarən qatıla bilərlər".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.