Rusiya Baş Prokurorluğu İnterpolun tələbi ilə Rumıniya vətəndaşı Vasile Rodidealın ekstradisiyası barədə qərar qəbul edib.
Herbiand.az xəbər verir ki, bu barədə onun vəkili Liliya Mamaşeva RİA Novostiyə bildirib.
Vəkil deyib ki, qərardan apelyasiya şikayəti versələr də birinci instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb: “Apelyasiya şikayəti də verilib və onun iclası hələ təyin edilməyib. Əgər apelyasiya məhkəməsi aşağı instansiya məhkəməsi ilə razılaşarsa, ekstradisiya gözlənilə bilər. Bir ildən çoxdur istintaq təcridxanasında saxlanılan Rodideal Rusiyada qalmaq istəyir”.
Rumıniya vətəndaşı 2025-ci ilin fevral ayında İnterpolun tələbi ilə Rusiyada saxlanılıb və həbs edilib. Məlum olub ki, o, Rusiyada Vasiliy Kravtsov adı ilə yaşayırmış. Onu yalnız barmaq izləri vasitəsilə müəyyən ermək mümkün olub.
Rodideal Rumıniyada mütəşəkkil cinayətkar qrup yaratmaq və dəstəkləmək, hərbi silahlar üçün nəzərdə tutulmuş sursatı qanunsuz saxlamaq və qətl törətməyə əsassız təhrik etmək də daxil olmaqla 12,5 il həbs cəzasına məhkum edilib.
Bəxtiyar CƏFƏRLİ