ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Azərbaycanın milli geyimləri qədim dövrlərdən etibarən fərqli parça növləri, rəng seçimi və bəzək elementləri ilə seçilmişdir. Xüsusilə ipək, məxmər, atlas və tirmə kimi qiymətli parçalardan geniş istifadə olunmuşdur".
Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, bu parçalar geyimlərə həm zəriflik, həm də zəngin görünüş verirdi: "Azərbaycan modasında milli naxışlar və ornamentlər mühüm yer tutur. Bu naxışlar çox vaxt təbiətdən, bitkilərdən və qədim sənət motivlərindən ilham alır. Geyimlərin üzəri tez-tez qızıl və gümüş saplarla işlənir, müxtəlif daş-qaş və tikmələrlə bəzədilirdi. Bu isə geyimlərin daha möhtəşəm görünməsinə səbəb olurdu.
Qadın geyimləri adətən uzun və zərif formalı olurdu. Qadınlar uzun ətək, köynək, arxalıq və müxtəlif baş örtüklərindən istifadə edirdilər. Kəlağayı Azərbaycan qadın geyiminin ən məşhur elementlərindən biridir və həm gözəlliyi, həm də milli kimliyi simvolizə edir.
Kişi geyimlərində isə çuxa, papaq, şalvar və kəmər kimi elementlər üstünlük təşkil edirdi. Bu geyimlər həm rahat, həm də funksional olmaqla yanaşı, kişinin sosial statusunu da göstərə bilirdi. Müasir dövrdə Azərbaycan modası inkişaf edərək milli elementləri müasir dizaynla birləşdirir. Bir çox Azərbaycan dizaynerləri kolleksiyalarında kəlağayı naxışları, milli ornamentlər və ənənəvi parça motivlərindən istifadə edirlər. Beləliklə, Azərbaycan modası həm keçmişin irsini qoruyur, həm də müasir moda dünyasına uyğunlaşaraq inkişaf edir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.