EN

"Çelsi"yə 2 qol vuran Kvaratsxeliya nə danışdı?

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gücə öz meydanında "Çelsi"nin 5:2 hesabı ilə darmadağın edən PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Paris təmsilçisinin qələbəsinə dublla yardımçı olan gürcü futbolçunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Oyun bizim üçün uğurlu alındı. Final fitinə qədər mübarizə apardıq və qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. Üş top fərqi ilə qələbə qazanmağımız cavab oyunu ərəfəsində çox önəmli məqamdır. İndi diqqətimizi Londonda keçiriləcək oyuna yönəltməliyik. Tempi saxlamalıyıq. Təbii ki, nəticədən məmnunuq, lakin sabahdan qarşıdakı görüş barədə düşünməliyik. Hesab 3:2 və 4:2 olanda fərqi artırmağa köklənmişdik. Yaxşı komanda işi gördük. Qələbəyə töhfə verə bildiyim üçün şadam. Belə davam edəcəyik".

Tərəflərin cavab qarşılaşması martın 17-də baş tutacaq.

Toğrul

Chosen
61
1
fanat.az

2Sources