Azərbaycan 1-ci liqasında 18-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.
“Şahdağ Qusar” MOİK-lə, “Difai” “Bakı Sportinq”lə, “Mingəçevir” isə “Səbail”lə üz-üzə gələcək.
12 mart (cümə axşamı)
15:00. “Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
15:00. “Difai” – “Baku Sportinq”
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov
Ağsu şəhər stadionu
15:00. “Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
13 mart (cümə)
15:00. “Cəbrayıl” – “Zaqatala”
11 mart
“Şimal” – “Şəfa” – 0:2