EN

Bayramqabağı süni qiymət artımı var? – AÇIQLAMA

Ramazan və Novruz bayramları ərəfəsində bazarlarda qiymət artımı müşahidə edilir. Vətəndaşlar bayram süfrəsi üçün tələb olunan ərzaq məshullarının qiymətində keçən illə müqayisədə 4-7 manat bahalaşmanın olduğunu deyirlər. Satıcılar bunu tələbatın yüksəlməsi ilə əlaqələndirsələr də, alıcılar hər il bayramqabağı süni qiymət artımından narahat olduqlarını ifadə edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, bayramqabağı süni bahalaşmanın qarşısını almaq üçün ilk növbədə bazarda şəffaflıq təmin olunmalıdır:

Azərbaycan

“Qiymətlərin əsaslandırılmış və real tələbatla uyğun olmasına nəzarət aparmaq vacibdir. Dövlət orqanları və istehlakçı təşkilatları birgə olaraq qiymət artımını izləyə, saxta bahalaşmaya yol verən satıcılar və ticarət şəbəkələrini müəyyən edə bilər. Eyni zamanda, istehsalçı və ticarətçilərlə dialoq aparmaq, qiymətlərin normal səviyyədə saxlanılması üçün stimullar yaratmaq da önəmlidir. Əhalini vaxtında məlumatlandırmaq, planlaşdırılmış alış-veriş və ehtiyat tədarükləri təşviq etmək süni bahalaşmanın təsirini azalda bilər. Nəhayət, inzibati tədbirlər və cərimələr də bazarda qaydanın qorunmasına yardımçı olur”.

 

Şəhanə Quliyeva

Tarix: 12 Mart 2026, 12:53   
Chosen
15
pravda.az

1Sources