EN

Azərbaycan iqtisadiyyatı böyüyüb

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.

ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbartəsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalisvergilər ÜDM-in 12,3 faizini təşkil edib.

Chosen
55
21
az.trend.az

10Sources