EN

Dünya liderləri Bakıda toplandı – XIII Qlobal Bakı Forumu başladı - FOTOLAR

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.

Musavat.com bildirir ki, forumda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, sabiq prezident və baş nazirlər, eləcə də tanınmış ekspertlər iştirak edirlər. İştirakçılar arasında Tedros Adhanom Qebreyesus – Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli rəsmiləri, həmçinin müxtəlif ölkələrin sabiq prezident və baş nazirləri yer alır.

Forum çərçivəsində keçirilən panel müzakirələrində qlobal təhlükəsizlik, dünyada dəyişən güc balansı, beynəlxalq hüquqa hörmət, yeni çağırışlar və çoxtərəfli əməkdaşlığın gələcəyi kimi mühüm məsələlər müzakirə olunur. Sessiyalarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər beynəlxalq səviyyəli siyasi xadimlərin iştirakı gözlənilir.

Forum çərçivəsində həmçinin Birləşmiş Millətlər Təşkilatı sisteminin gələcəyi, qlobal əməkdaşlığın yeni formatları, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və müasir dünyada dialoqun gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılır. Qlobal çağırışların müzakirə edildiyi bu platforma müxtəlif ölkələrin siyasətçilərini, diplomatlarını və ekspertlərini bir araya gətirərək beynəlxalq dialoq üçün mühüm imkan yaradır.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Chosen
22
1
musavat.com

2Sources