EN

İlbər Ortaylı 5 gündür reanimasiyadadır

Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli türkiyəli professor İlbər Ortaylı xəstəxanada ciddi həkim nəzarətindədir. Professorun ailəsi onun 5 gündür reanimasiyada olduğunu açıqlayıb.

Hafta.az yazır ki, ailəsi adından İlber Ortaylının sosial media hesabında verilən açıqlamada deyilir:

"İlbər Ortaylı beş gündür reanimasiyada müalicə alır. Vəziyyəti sabitdir. Çox yaxşı komanda tərəfindən böyük qayğı ilə izlənilir. Ümid edirik ki, xoş arzularınız və dualarınız kömək edəcək".

Jurnalist Fatih Altaylı veb saytındakı "Pis Başlanğıc" başlıqlı köşəsində Ortaylı haqqında aşağıdakı ifadələri yer alıb:

"Əziz oxucular, ən əziz dostum, hamınızın çox sevdiyi sevimli professorumuz İlbər Ortaylı son bir neçə gündür çox ciddi sağlamlıq problemləri ilə mübarizə aparır. İnanırsınızsa, dualarınızı qılın; inanmırsınızsa, xoş arzularınızı qılın".

Chosen
68
hafta.az

1Sources