EN

Elvin Hüseynov: “YAŞAT” Fondunun bu günədək icra etdiyi 65 layihədən 30 mindən çox insan faydalanıb

Qəbələ, 12 mart, AZƏRTAC

“YAŞAT” Fondu özünün fəaliyyət istiqamətləri ilə yanaşı, bir çox sosial layihələr də həyata keçirir. Onlardan biri də şəhid övladlarının istirahətinin mənalı təşkili layihəsidir. Bu gün biz “Tufandağ” Qış-Yay İstirahət Kompleksində şəhidlərimizin övladları üçün düşərgə təşkil etmişik.

Bu sözləri “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə Qəbələdə keçirilən III qış düşərgəsi barədə açıqlamasında deyib.

Elvin Hüseynov qeyd edib ki, Fond fəaliyyətə başlayandan bu günə kimi 65-dən çox layihə icra olunub, 30 mindən artıq insan bu layihələrdən faydalanıb.

“2026-cı ilin əvvəlinə olmasına baxmayaraq, bu il “YAŞAT” Fondu sayca 5-ci layihəsini həyata keçirir. Növbəti layihələr isə tədbirlər planına uyğun olaraq vaxtında reallaşacaq”, - deyə Elvin Hüseynov bildirib.

Müxbir - Rasim İslamoğlu

Chosen
71
2
azertag.az

3Sources