İranın raketlərlə həyata keçirdiyi qisas əməliyyatından sonra, başda Təl-Əviv olmaqla, Fələstin torpaqları və İsrail daxilində sirenlər çalınıb.
İsrail ordusu İrandan raketlərin atıldığını və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, AA müxbiri Şərqi Qüdsün səmasında hava hücumundan müdafiə sistemlərinin raketlərinin buraxdığı izlərin göründüyünü və səmada şiddətli partlayış səslərinin eşidildiyini xəbər verib.
İsrailin "Kanal 12" televiziyası İranın son raket hücumu zamanı "məhdud" sayda raket atdığını qeyd edib.