Multilateralizmin gələcəyi regional təşkilatlar arasında əməkdaşlıqdan asılı olacaq. Bunu Aİ-nin sabiq prezidenti Şarl Mişel deyib.
O, qeyd edib ki, bu gün müxtəlif səviyyələrdə regional təşkilatların həm çağırışları, həm də imkanları daha yaxşı dərk etdiyi müşahidə olunur.
Mişelin sözlərinə görə, bu, iqtisadi inkişaf, bağlantılar, münaqişələrin qarşısının alınması və zərurət yarandıqda onların həlli sahələrində özünü göstərir.
“Gələcəkdə regional təşkilatlar arasında daha sıx əməkdaşlığın qurulması əməkdaşlıq ruhunun yenidən effektiv işləməsi üçün çıxış yolu ola bilər”, — o vurğulayıb.
Şarl Mişel Asiyada ASEAN-ın əməkdaşlıq və inteqrasiyanı daha da inkişaf etdirməyə çalışdığını, Afrikada isə həm Afrika İttifaqının, həm də digər regional qurumların bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.
O əlavə edib ki, Körfəz ölkələri də son illərdə müəyyən çətinliklərə və həssas məqamlara baxmayaraq, ortaq yanaşmalar və birgə layihələr formalaşdırmağa çalışırlar.
Mişelin fikrincə, multilateralizmin yenilənməsi və gələcəkdə daha səmərəli işləməsi məhz regional təşkilatlar arasında əməkdaşlığın güclənməsindən keçəcək.
Gülnar Nazimqızı