EN

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməli və gələcəkdə terrorizmə, hibrid müharibələrə və terror təşkilatlarına qarşı düzgün yanaşmanın nə olacağını bir daha düşünməliyik.

AZƏRTAC xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda panel iclasında Avstriya Respublikasının keçmiş Federal Kansleri Sebastian Kurs deyib.

O bildirib ki, hamımız BMT-nin zəruriliyini göstərən amillərlə razılaşa bilərik. Hazırkı dövrdə raket hücumları real ssenariyə çevrilir, dronlardan istifadə artır, hava limanlarına hücumlar baş verir, infrastruktur layihələri ciddi risklərlə üzləşir. Bu kimi təhdidlərə legitim cavab nədən ibarət olmalıdır? Bəzi dövlətlərdə qanunvericilik kiberhücumlara qarşı birbaşa əks hücum həyata keçirməyə icazə vermir. Belə olan halda təhlükəsizlik məsələlərini necə təmin etmək mümkündür kimi suallar ortaya çıxır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
3
azertag.az

4Sources