EN

Elmira yaxınlıq vermədi deyə... 2 qız, 2 oğlan evə getdilər, iş məhkəmədə bitdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə şəhərində 2003-cü il təvəllüdlü Sərhad tanışı Elnura (adlar şərtidir – red.) bıçaqla xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin aprelin 24-də baş verib. Sərhad həmin gün saat 22 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində birlikdə yeyib-içdiyi Elnurun sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib, bıçaqla ona zərbələr vurub. Sərhadın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərhad ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Həmin məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olduğunu qeyd edib. Sərhad ifadəsində bildirib ki, hadisə günü səhər saat 6-da anası Elmira, Rəhimə və Elnurla birlikdə Şəmkir rayonuna işləməyə gediblər: “Həmin günorta işimizi bitirdik və qayıdarkən yolda Rəhimə yemək yemək üçün bizi evlərinə dəvət etdi. Mən və Elnur Rəhimənin dəvətini qəbul edərək onlara getdik. Rəhimə yemək hazırlayan zaman birlikdə marketə getdik. Marketdən meyvə şirəsi, çörək və araq aldıq.

Yemək yeyən zaman Elnur aldığımız araqdan içərək sərxoş oldu. Söhbət edən zaman Elnur söyüş söydü. Mən də qonaq gəldikləri evdə, süfrə arxasında söyüş söyməməsini bildirdim. Sərhadın ifadəsinə görə, daha sonra Elnur əsəbləşib və ona qarışmamasını bildirib:“Mən yenidən “yediyimiz çörəyə hörmət elə” deyərək söyüş söydüyü üçün Elnura irad bildirdim. Elnur mənimlə mübahisə etdi, hədələyərək üstümə başqa şəxslər gətirəcəyini dedi. Mən Elnurun sərxoş olduğunu gördüm və sonra danışmağı təklif etdim, evimizə getmək istədim. Elnur isə məni buraxmayacağını deyərək yenidən söyüş söydü. Atama zəng edərək Elnurun mənimlə mübahisə etdiyini bildirdim, yanıma gəlməsini istədim. Bu zaman Elnur üstümə gələrək məni tutaraq saxladı, boğazımdan tutaraq boğmaq istədi. Elnurun əlindən çıxmaq üçün dartan zaman əynimdə olan köynəyim cırıldı. Sonra Elnur əlini cibinə aparanda məni vuracağından qorxdum və həyətdə olan şkafdan mətbəx bıçağı götürərək özümü müdafiə etmək üçün onu vurdum. Birinci zərbədən sonra Elnur əl çəkmədiyindən ikinci və üçüncü zərbəni də vurdum. Sonra evimizə getdim. Mən gedəndən sonra atamgil Rəhimənin evinə getdilər və Elnuru xəstəxanaya apardılar”.Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirib ki, həmin vaxt Elnur Rəhimə ilə münasibətdə olmaq istəyib:“Rəhimə isə ona yaxınlıq vermədi. Elnur ondan əl çəkmədi. Buna görə də Rəhimə məndən Elnuru taksi ilə yola salmağımı dedi. Taksi çağıraraq Elnura getməsini dedim. Bundan sonra o, üstümə gələrək məni söyüb təhqir etdi. O, Rəhimə ilə arasında olan məsələyə qarışmamağımı bildirdi”.Zərərçəkmiş Elnur ifadəsində göstərib ki, hadisə günü işləmək üçün getdikləri Şəmkir rayonunda işlərini tez bitirərək qayıdıblar:“Gəncə şəhərinə çatanda Sevinc qəsəbəsində düşdük. Yemək yemək üçün digər iş yoldaşımız Rəhiməgilə getdik. Həmin vaxt Rəhimə ilə zarafatlaşdım, sözlü mübahisə edən zaman Sərhad araya girdi. Mən də Sərhada irad bildirərək bizə qarışmamasını dedim. Bundan sonra aramızda sözlü mübahisə oldu. Həyətə çıxanda Sərhad arxadan bıçaqla mənə zərbə endirdi. Həmin vaxt içkili olduğum üçün ilk zərbəni demək olar ki, hiss etmədim. Sərhad mənə ümumilikdə  5 bıçaq zərbəsi vurub”. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərhad 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
53
demokrat.az

1Sources