EN

Latviyanın sabiq müdafiə naziri Azərbaycana minnətdarlığını bildirdi

BAKI, 12 mart. TELEQRAF

Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks Azərbaycana minnətdarlığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

A. Pabriks qeyd edib ki, Azərbaycanın paytaxtı müxtəlif tərəfləri bir araya gətirməklə mühüm qərarların qəbulu üçün əlverişli platforma rolunu oynayır:

"Mən Azərbaycana və Bakıya burada olduğumuza, bizə hamımızı həqiqətə daha da yaxınlaşdırmaq imkanı verdiyinə görə minnətdaram. Ümid edirəm ki, burada toplaşan insanlardan və izləyicilərdən səmərəli həll yolları əldə olunacaq".

Chosen
38
teleqraf.com

1Sources