EN

İranda 21,7 mindən çox qeyri-hərbi məkan vurulub - Qırmızı Aypara Cəmiyyəti

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrail tərəfindən İranda 21,7mindən çox qeyri-hərbi məkan vurulub.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədriPirhüseyn Kulivənd yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, 17,3 min mənzil, 4,12 min ticarət obyektivə 160 müalicə mərkəzi vurulub.

Kulivənd bildirib ki, ABŞ və İsrailin hərbi hava hücumlarınəticəsində 9 xəstəxana fəaliyyətini dayandırıb.

İranlı rəsmi qeyd edib ki, 69 məktəb, Qırmızı AyparaCəmiyyətinin 16 mərkəzi, 21 xilasetmə avtomobili və 19 təciliyardım maşını vurulub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
6
1
az.trend.az

2Sources