AZ

İranda təxminən 20 minə qədər binaya ciddi şəkildə ziyan dəyib - Qırmızı Aypara Cəmiyyəti

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrailin İrana qarşı hərbi havahücumları nəticəsində 19 734 binaya ciddi şəkildə ziyan dəyib.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsüMüctəba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu binalardan 16 191-i sadəcə yaşayışbinalarıdır.

Xaledi bildirib ki, indiyə qədər Qırmızı Aypara Cəmiyyətinin 16mərkəzi hərbi hava hücumlarına məruz qalıb və fəaliyyətinidayandırıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr