“Bavariya”nın cinah oyunçusu Maykl Olise “Qızıl top”u qazanmaq şansları barədə danışıb.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu bu mövsüm 37 oyun keçirib, 15 qol vurub və 26 məhsuldar ötürmə verib.
“Mən buna diqqət yetirmirəm; bu mövsüm hələ oynamalı olduğum çox oyunum var. Əgər bu baş verərsə, yaxşı olardı, amma hazırda bu barədə düşünmürəm. Kuboklar və komanda birinci yerdədir və nə olacaqsa, o da olacaq”, – deyə Olise bildirib.
Qeyd edək ki, “Bavariya” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib. Olise 2 qol vurub, 1 məhsuldar ötürmə verib.