EN

U-21-in seçmə oyunlar üçün hazırlıq planı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində mart ayında keçirəcəyi oyunlar üçün planları bəlli olub.

Fanat.Az-ın məlumatına görə, gənclər millisi rəsmi oyunların hazırlığına başlamaq üçün ayın 20-də bir araya gələcək.

Martın 27-də Bakıda Portuqaliyanı qəbul edəcək yığma dörd gün sonra səfərdə Bolqarıstan ilə oyuna ayın 29-da yollanacaq.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu ayın 27-də "Neftçi"yə məxsus "8-ci km stadionu"nda keçiriləcək və saat 15:00-da başlayacaq. U-21-in qrupdakı növəti oyunu 31 martda Plovdiv şəhərindəki "Xristo Botev stadionu"nda baş tutacaq və Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Mirağa

Chosen
49
1
fanat.az

2Sources