EN

İranla müharibənin ilk həftəsi ABŞ-yə neçə milyard dollara başa gəlib?

İranla müharibənin ilk həftəsində ABŞ əməliyyatlara 11.3 milyard dollardan çox pul xərcləyib.

Turkustan.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Pentaqonun Konqres üçün yeni hesabatlarına istinadən xəbər yayıb.

Nəşr qeyd edir ki, bu rəqəmə zərbələrdən əvvəl bölgədə hərbi mövcudluğun artırılması ilə bağlı xərclər daxil deyil.

Xatırladaq ki, daha əvvəl "The Washington Post" ABŞ ordusunun İrana qarşı hərbi əməliyyatın ilk iki günündə təxminən 5.6 milyard dollarlıq sursat istifadə etdiyini bildirmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb./oxu.az

Chosen
83
23
turkustan.az

10Sources