AZ

Pentaqon: ABŞ İrana qarşı müharibənin ilk altı günündə 11,3 milyard dollar xərcləyib

ABŞ İrana qarşı hərbi əməliyyatların ilk altı günündə 11,3 milyard dollardan çox pul xərcləyib.

 

Senzor.az bildirir ki, Pentaqon rəsmilərinin Birləşmiş Ştatlar Konqresinə verdiyi məlumatda belə deyilir.

 

“The New York Times” qəzetinin yaydığı xəbərə görə, bu rəqəm Konqres tərəfindən indiyədək alınan ən əhatəli ilkin qiymətləndirmə hesab olunur. Buraya İrana zərbələrdən əvvəl hərbi texnika və personalın hərəkəti kimi bir çox əlaqəli xərclər daxil deyil.

 

Hesabatda deyilir ki, Pentaqon ilkin zərbələr üçün hər birinin qiyməti 578-836 min dollar arasında dəyişən AGM-154 bombalarından istifadə edib. Hərbi Dəniz Qüvvələrinin sərəncamına təxminən 20 il əvvəl dəqiq idarə olunan 3 minə yaxın belə bomba verilib.

 

ABŞ mediasının məlumatına əsasən, İrana qarşı hərbi əməliyyatın yalnız ilk iki günündə silah-sursata təxminən 5,6 milyard dollar xərclənib.

 



Seçilən
7
3
senzor.az

10Mənbələr