EN

Müəllim şiddət göstərərsə həbs oluna bilər? Vəkil danışdı

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təhsil müəssisələrində müəllim-şagird münasibətləri qanunla tənzimlənir və heç bir halda fiziki zorakılığa yol verilmir. Müəllim tərəfindən şiddət faktı baş verərsə, bu, həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan vəkil Esmira Rzayeva bildirib ki, təhsil işçiləri də digər vətəndaşlar kimi qanun qarşısında bərabərdirlər:

“Heç bir müəllimin və ya başqa şəxsin kiməsə qarşı fiziki zor tətbiq etməyə hüququ yoxdur. Şagirdə əl qaldırmaq və ya onu döymək qanunla qadağandır və məsuliyyət yaradır”.

Vəkilin sözlərinə görə, əgər müəllimin əməlində inzibati xəta tərkibi yaranarsa, bu halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq cərimə və ya inzibati həbs tətbiq edilə bilər.

Esmira Rzayeva vurğulayıb ki, şiddət nəticəsində şagirdə ciddi xəsarət yetirilərsə, artıq məsələ cinayət məsuliyyəti müstəvisinə keçir:

“Əgər fiziki zorakılıq nəticəsində sağlamlığa yüngül, az ağır və ya ağır zərər vurulubsa, bu zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlana bilər. Bu halda müəllim barəsində cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hətta azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Hüquqşünas qeyd edib ki, şiddət faktları ilk növbədə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əməlində cinayət tərkibi müəyyən edilərsə, iş məhkəməyə göndərilir və yekun qərarı məhkəmə verir.

Bundan əlavə, müəllimin vəzifəsinə xitam verilməsi məsələsi də mümkündür. Bu, ya məhkəmə qərarı əsasında, ya da təhsil müəssisəsinin tabeliyində olduğu qurum tərəfindən intizam tənbehi qaydasında həyata keçirilə bilər.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
icma.az

1Sources