EN

“İbrahim sazişləri”nin taleyi sual altındadır Politoloqdan açıqlama

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə davam edən müharibə fonunda İbrahim sazişlərinin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib. Donald Trump İrana qarşı hərbi zərbələrdən sonra bir çox ölkənin bu sazişə qoşula biləcəyini açıqlayıb.

Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a bildirib ki, hazırda İran və ümumilikdə Yaxın Şərq regionu ətrafında ciddi qeyri-müəyyənlik hökm sürür və münaqişənin daha genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı istisna edilmir. Onun sözlərinə görə, ABŞ İrana qarşı koalisiya formalaşdırmaqda maraqlıdır və bu proses əsasən İsrail ətrafında qurulmağa çalışılır.

Ekspert qeyd edib ki, hazırkı şəraitdə hansı ölkələrin "İbrahim sazişləri”nə qoşulacağı hələ də açıq sualdır. Bəzi ərəb dövlətləri İranın raket zərbələrindən sonra bu sazişə qoşulmağı düşünə bilər, digərləri isə gözləmə mövqeyi tutur.

Xalidbəylinin sözlərinə görə, Azərbaycan da bu məsələdə tələsmir və rəsmi Bakı hadisələrin necə inkişaf edəcəyini gözləyərək vəziyyəti daha sonra qiymətləndirməyə üstünlük verir. O vurğulayıb ki, Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməkdə maraqlıdır.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
azxeber.com

1Sources