EN

AzMİU-da “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

2026-cı ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma ili” elanolunması ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaatUniversiteti (AzMİU) ilə Su və Meliorasiya Elmi Tədqiqatİnstitutunun birgə təşkilatçılığı ilə “Dayanıqlı şəhərlərin sutəhlükəsizliyi” mövzusunda elmi konfrans keçirilib.

Konfransda su təsərrüfatı, içməli su təchizatı, eləcə də iqlimdəyişmələrinin su ehtiyatlarına təsiri ilə bağlı aktual məsələlərmüzakirə olunub.

Tədbirin açılış mərasimində AzMİU-nun tədris işləri üzrəprorektoru, professor Akif Qasımov, Su və Meliorasiya Elmi Tədqiqatİnstitutunun İdarə Heyəti sədrinin müavini Rəşail İsmayılov,AzMİU-nun “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”fakültəsinin dekanı, dosent Elgiz Həsənov çıxış edərək sutəhlükəsizliyi məsələlərinin müasir dövrdə xüsusi aktuallıq kəsbetdiyini vurğulayıblar. Çıxışlarda bu sahədə elmi tədqiqatlarıngenişləndirilməsinin, mütəxəssislər arasında əməkdaşlığıngücləndirilməsinin və su ehtiyatlarının səmərəli idarə olunmasınınəhəmiyyəti qeyd olunub.

Konfrans çərçivəsində iki panel sessiya təşkil olunub.

“Su təhlükəsizliyi və iqlim dəyişmələri” mövzusuna həsr olunan Ipanel sessiyasının moderatoru Su və Meliorasiya Elmi Tədqiqatİnstitutunun “Ekologiya” şöbəsinin müdiri Günay Abbasova olub.Panel sessiyasında AzMİU-nun “Meliorasiya və su təsərrüfatıtikintisi” kafedrasının professoru Bəhram Əliyev, Xəzər dənizininproblemləri sektorunun müdiri Hamlet Fətdayev, AzMİU-nun “Mühəndissistemləri və qurğularının tikintisi” kafedrasının müdiri,professor Nurməmməd Məmmədov və Su və meliorativ proseslərinmodelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva mövzu ilə bağlıelmi məruzələrlə çıxış ediblər.

Konfransın II panel sessiyası isə “İçməli su təchizatı vəsuvarma sistemlərinin dayanıqlı idarə edilməsi” mövzusuna həsrolunub. Panelin moderatoru AzMİU-nun “Mühəndis sistemləri vəqurğularının tikintisi” kafedrasının baş müəllimi Cəmil Quliyevolub. Sessiyada AzMİU-nun “Meliorasiya və su təsərrüfatı tikintisi”kafedrasının professoru Yaşar Qəhrəmanlı, Su təchizatısistemlərinin tədqiqi şöbəsinin baş elmi işçisi Zivər Tarixazər,AzMİU-nun “Mühəndis sistemləri və qurğularının tikintisi”kafedrasının dosenti Samirə Əkbərova və Drenaj sistemlərinintədqiqi sektorunun müdiri Sübhanə Şahmalıyeva mövzu ilə bağlıtəqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində su təhlükəsizliyi, iqlim dəyişmələrinin suehtiyatlarına təsiri, içməli su təchizatı və suvarma sistemlərininsəmərəli idarə olunması kimi məsələlər ətrafında geniş müzakirələraparılıb.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Chosen
55
1
az.trend.az

2Sources