EN

Xaçmazda 700 ə yaxın abonent qazsız qalacaq

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabah saat 10:00-dan etibarən Xaçmaz rayonu "Ariz" yaşayış kompleksi, "Ariz" yaşayış kompleksi 2, Ş.Mehrəliyev, 9-cu Kvratal, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanovun bir hissəsi olmaqla ümumilikdə 664 abonentin qaz təchizatında fasilə yaranacaq.

Moderator.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Xaçmaz Xidmət Sahəsinin Qusarçay orta təzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan "d" qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.

Qaz təchizatı quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
88
6
moderator.az

7Sources