EN

"Azercell"in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib (FOTO)

Bakı. Trend:

Proqram 100 tələbə qızın sahibkarlıq və liderlikbacarıqlarının inkişafına töhfə verəcək

"Azercell"in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 -Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi”layihəsinin açılış mərasimi keçirilib. Layihə "Azercell"inqadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş“Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsindəqalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” TələbələrinƏməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. “FutureFem 2.0”layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiyasahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinihədəfləyir.

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzindəhəyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızıəhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlimmodulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılarsahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativdüşüncə, rəqəmsal transformasiya, liderlik və effektivkommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldəedəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı iləkeçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupabölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəliktəlim modullarında iştirak edəcəklər.

Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsindəiştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarınıekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər.Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişafMəqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavəmentorluq və inkişaf imkanları qazanacaqlar.

Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinintəşkilatçılığı ilə reallaşdırılır.

“FutureFem 2.0” layihəsinin açılış mərasimikeçirilib

“FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiyaPotensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimikeçirilib. Layihə "Azercell"in dəstəyi, Azərbaycan Dövlət Neft vəSənaye Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığıİctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi "Azercell"in “Həyatı dahadolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalibseçilən təşəbbüslərdən biridir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiyaşöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum vətərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova ölkərəhbərliyi tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət vəqayğıdan bəhs edib. O, çıxışında son illərdə həyata keçirilən STEAMvə digər innovativ təhsil təşəbbüsləri nəticəsində qızlarınməktəbli yaşlarından etibarən elm, texnologiya və innovasiyasahələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmvə innovasiyalar üzrə prorektoru, dosent Elviz İsmayılov çıxışedərək Azərbaycan qadınlarının elm və innovasiya sahəsində əldəetdiyi nailiyyətlərə toxunub, gənc qadınların bu istiqamətdətəşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığıİctimai Birliyinin sədri Nemət Rzayev təşkilatın gənclərlə iş vəkönüllülük sahəsində əldə etdiyi təcrübədən bəhs edib. O, son illərərzində həyata keçirilən layihələr nəticəsində təşkilatın müxtəlifistiqamətlərdə formalaşan müsbət imicini qeyd edib və layihəninreallaşmasına göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkürünübildirib.

Görüşün davamında layihə rəhbəri Rufiz Qulizadə “FutureFem 2.0”layihəsi haqqında təqdimatla çıxış edərək proqramın məqsədləri,mərhələləri və iştirakçılar üçün nəzərdə tutulmuş inkişaf imkanlarıbarədə ətraflı məlumat verib, iştirakçıların suallarınıcavablandırıb.

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart–may ayları ərzindəhəyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbəqadını əhatə edir. Layihə çərçivəsində iştirakçılar sahibkarlıq,innovasiya və liderlik istiqamətlərində təlimlərə cəlb olunacaq,mentorluq proqramlarında iştirak edəcək və proqramın sonundakeçiriləcək FutureFem Challenge mərhələsində öz innovativideyalarını ekspertlər qarşısında təqdim edəcəklər.

Görüşdə layihə iştirakçıları ilə yanaşı, Azərbaycan RespublikasıElm və Təhsil Nazirliyinin əməkdaşları, "Azercell" şirkətininnümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetininrəhbərliyi və professor-müəllim heyəti, eləcə də kütləviinformasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq və innovasiyapotensialını inkişaf etdirmək, onların liderlik bacarıqlarınıgücləndirmək və gələcək təşəbbüslər üçün dayanıqlı inkişafplatforması formalaşdırmaqdır.

Chosen
70
16
az.trend.az

10Sources