EN

Rusiya təyyarəsi Lənkəranda eniş etdi

Rusiyanın İrana humanitar yardım aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda eniş edib.
 
Humanitar yardımı daşıyan "İl-76" təyyarəsində 13 tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatları var.
 
İran Qızıl Aypara Cəmiyyətinin yük maşınları humanitar yardımı qəbul etmək üçün Lənkəran aeroportuna gəliblər.
 
Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınacaq.
 
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
 
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. /Report/
 
Chosen
58
5
moderator.az

10Sources