EN

İranın Fordo nüvə obyektində güclü partlayış baş verib - İddia

İranın Fordo nüvə obyektində güclü partlayış baş verdiyi iddia olunur.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası Kan Səudiyyə Ərəbistanındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Fordo uran zənginləşdirmə müəssisəsi daha əvvəl – 2025-ci ilin iyununda ABŞ və İsrailin hücumlarının hədəfi olub.

Eyni zamanda İsrail ordusu İranın nüvə proqramı ilə əlaqəli olduğu iddia edilən Taleghan kompleksinə zərbə endirdiyini açıqlayıb. Ordunun məlumatına görə, obyekt nüvə silahlarının hazırlanması ilə bağlı imkanların inkişafı üçün istifadə olunub.

Qeyd edək ki, Tehranın cənub-şərqində yerləşən Parçin bölgəsindəki Taleghan kompleksi 2024-cü ilin oktyabrında da İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalmışdı.

Seyranə QuliyevaMissiya.Az

Chosen
70
missiya.az

1Sources