EN

“Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” beynəlxalq elmi konfransına məqalə qəbulu aparılır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

İyulun 7-də Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunan uş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzi, eləcə də Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Konfrans çərçivəsində “Nizami Gəncəvi və Türk dünyası”, “Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi yaradıcılığında din və irfan”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu”, “Nizami Gəncəvi: Sələflər və xələflər” və “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri” mövzularında müzakirələr aparılacaq.

Beynəlxalq elmi konfransın işçi dilləri Azərbaycan, ingilis və rus dilləridir.

Məqalələr iyunun 7-dək qəbul olunacaq. Konfrans materialları jurnal formasında AMEA Gəncə bölməsinin rəsmi saytında yerləşdiriləcək və nəşr olunacaq. Konfrans AMEA Gəncə bölməsinin inzibati binasında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
azertag.az

2Sources