EN

Azərbaycan və Latviya arasında 2026-2027-ci illər üçün Tədbirlər Planı imzalandı

Azərbaycan və Latviya arasında münasibətlərin yüksək səviyyədə olması iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələrinin daim inkişaf etməsinə geniş imkanlar yaradıb.

Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Latviya Respublikasının rifah naziri Reinis Uzulnieks ilə onlayn görüşündə bildirib.

O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində atılan addımlar barədə məlumat verib.

Həmçinin bu sahələrdə rəqəmsal həllərin geniş tətbiqi, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı prosesinin gücləndirilməsi işləri diqqətə çatdırılıb. Azərbaycan və Latviya arasında qeyd edilən sahələrdə əməkdaşlığın, təcrübə mübadilələrinin həyata keçirilməsinə xüsusi önəm verildiyi vurğulanıb.

Reinis Uzulnieks iki qurum arasında əlaqələrin davamlı olaraq genişlənməsində maraqlı olduqlarını qeyd edib. O, Latviyada həyata keçirilən sosial müdafiə və məşğulluq proqramları, ölkəsinin əmək bazarı ilə bağlı məlumat verib. İkitərəfli əməkdaşlıq təcrübəsinin uğurla davam etdirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü səylərin göstəriləcəyini bildirib.

Chosen
47
12
publika.az

10Sources