EN

Əməkdar artistin oğlu aparıcılardan atasının qısasını alacağına söz verdi

Əməkdar artist Yusif Mustafayevin oğlu Tərlan Mustafayev canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib və müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Tərlan Mustafayev televiziya proqramlarından birində qonaq olarkən verilişlərə müəyyən səbəblə gəldiyini bildirib. O, bəzi aparıcılardan atasının "qisasını almaq" üçün efirə çıxdığını deyərək iddialı açıqlamalar verib.

Tərlan Mustafayevin sözlərinə görə, müəyyən aparıcılar zamanında atasından istifadə edib və ona qarşı düzgün münasibət göstərməyiblər. Bu səbəbdən də o, həmin məsələlərə münasibət bildirmək istədiyini vurğulayıb.

Chosen
40
2
publika.az

3Sources