EN

Paşinyan ərazi göstərdi: Bakının bu addımına qarşılıq verməliyik

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Biz Yerarsx vasitəsilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistanın faktiki olaraq Azərbaycanın dəmir yolundan istifadə etdiyini bildirib:

“Bunun birtəfəli olmasını istəmirik. Biz də qarşılıqlı addımlar atmağa çalışırıq. Xüsusilə də İranda baş verən hadisələr fonunda cənub istiqamətində nəqliyyat əlaqəsi ilə bağlı müəyyən problemlərin mövcud olduğunu görünür.

Biz niyə məhz bu marşrutu təklif edirik? Çünki texniki baxımdan hazır yolu olan başqa marşrut yoxdur, istifadəsi mümkün ola biləcək yeganə yol buradır. Yerarsx hissəsində bir qədər təmirə ehtiyac var, lakin hətta təmir olmadan belə bu gün avtomobillər oradan keçə bilər.

Əgər uyğun hesab edilərsə, İcevan–Qazax hissəsi ilə də əlaqəni təmin edə bilərik. Yəni orada da elə bir hissə var ki, nəzəri olaraq avtomobillər oradan keçə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
globalinfo.az

1Sources