EN

Qırğızıstan Prezidenti müharibənin dərhal dayandırılmasına çağırdı

BAKI, 12 mart. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov İranda müharibəni dərhal dayandırılmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.

“Tərəfləri təmkinli olmağa, dərhal hərbi əməliyyatları dayandırmağa və ən qısa vaxtda vəziyyəti yalnız dinc yolla həll etmək üçün konstruktiv dialoqa qayıtmaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”, - o deyib.

Japarov vurğulayıb ki, Qırğızıstan regional münaqişənin gərginləşməsi səbəbindən Yaxın Şərq xalqlarının yaşadığı kədər və itkini bölüşür və bölgədəki hərbi əməliyyatları pisləyir.

“Yaxın Şərqdə gərginliyin artması və bunun qardaş ərəb ölkələrimizə mənfi təsirindən dərin narahatlıq duyuruq. Çoxsaylı mülki itkilərlə bağlı region xalqları ilə birlikdə itkinin əvəzolunmaz ağrısı və kədərini bölüşürük. Belə bir fəlakətə səbəb olan istənilən hərəkəti pisləyirik”.

Chosen
23
teleqraf.com

1Sources