EN

Azərbaycanda "e-KYC" platformasının konsepsiyası hazırlanıb

Bakı. Trend:

“Öz müştərini tanı” (KYC) prinsipinin effektiv tətbiqi məqsədiləe-KYC platformasının konsepsiyası hazırlanıb və platforma ilə bağlıtexniki məsələlərin icrasına başlanılıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyası”nın icrası çərçivəsində “Açıqbankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi” və“Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinintəkmilləşdirilməsi” tədbirləri üzrə işlər davam etdirilib.

“Açıq bankçılıq ekosisteminin inkişafı mərhələli şəkildə həyatakeçirilib, hesab üzrə məlumat xidməti üzrə kommersiya banklarınınmərkəzləşdirilmiş infrastruktura inteqrasiyası tamamlanıb, ödənişəməliyyatlarının aparılması xidməti üzrə isə daxili proqramtəminatı və texniki spesifikasiya hazırlanıb. Açıq maliyyə üzrəkonsepsiyanın təsdiq edilməsi və konsepsiyaya uyğun hüquqi-normativbazanın formalaşdırılması istiqamətində işlər davam etdirilib”, -məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
44
2
az.trend.az

3Sources