EN

Ötən il Azərbaycanda rəqəmsal bankçılıq üzrə köçürmələrin həcmi 507,4 milyard manat olub

Ötən
2025-ci il ərzində Azərbaycanda bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1,060 milyard ədəd, həcmi isə 507.4 milyard manat təşkil edib. 1news.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, aparılan köçürmələrin say üzrə 94.4%-i, həcm üzrə isə 82.5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb. 2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 milyard manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14.3% artaraq 73 milyard manat olub.

2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilmişdir. 01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur. 2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1060 mln. ədəd, həcmi isə 507.4 mlrd. manat təşkil etmişdir. Aparılan köçürmələrin say üzrə 94.4%-i, həcm üzrə isə 82.5%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılmışdır. 2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 mlrd. manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14.3% artaraq 73 mlrd. manat olmuşdur.

Chosen
20
4
1news.az

5Sources