EN

"Neft qiymətlərinin artmasından ABŞ çox pul qazanır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ dünyanın ən böyük neft istehsalçısı olduğu üçün yüksələn qiymətlər ölkə üçün iqtisadi qazanc yaradır, lakin əsas prioritet İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda qlobal neft bazarındakı dəyişikliklərin ABŞ iqtisadiyyatına təsirini və regiondakı hərbi-strateji məqsədləri dəyərləndirib.

O qeyd edib ki, neft qiymətlərinin artması ABŞ üçün maliyyə baxımından qazanc yaradır, lakin milli təhlükəsizlik maraqları iqtisadi maraqlardan daha üstündür.

“Çox pul qazanırıq”

ABŞ-ın açıq fərqlə dünyanın ən böyük neft istehsalçısı olduğunu xatırladan Tramp bildirib ki, qiymətlər yüksəldikdə ölkə ciddi maliyyə gəliri əldə edir. Bu vəziyyət ABŞ-ın şist nefti və qazı istehsalındakı yüksək potensialının qlobal təchizat şokları fonunda ölkəni enerji supergücü və böyük ixracatçı mövqeyinə çıxardığını bir daha təsdiqləyir.

Bununla belə, Tramp iqtisadi qazancdan daha vacib hesab etdiyi məsələnin milli təhlükəsizlik olduğunu vurğulayıb. O, İranı “şər imperiyası” adlandıraraq belə deyib:

“Prezident olaraq mənim üçün daha böyük əhəmiyyət kəsb edən məsələ İran kimi bir şər imperiyasının nüvə silahına sahib olmasının, Yaxın Şərqi və hətta dünyanı məhv etməsinin qarşısını almaqdır. Buna heç vaxt icazə verməyəcəyəm!”.

Chosen
54
3
fed.az

4Sources