EN

“Ukraynada atəşkəs günü bu gün mümkündür” “Putin II Nikolay olmaqdan qorxur”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Sülh istəməyən Zelenski yox, Putindir”

Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq üçün Vladimir Putin artıq heç bir ərazi qazanmayacağını qəbul etməli olacaq.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidentinin keçmiş xüsusi elçisi Kit Kelloq “NHK”-ya verdiyi müsahibədə deyib.

Kelloq deyib ki, Ukrayna və Rusiya mövcud cəbhə xəttini “dondurarsa”, atəşkəs "günü bu gün mümkündür”.

O, sülh istəməyən tərəfin Ukrayna Prezidenti Volodimir Zelenski deyil, Vladimir Putin olduğunu xüsusi vurğulayıb.

Kelloqun sözlərinə görə, Putin artıq Ukraynada heç bir ərazi qazanmayacağını qəbul etməlidir. O, əlavə edib ki, Putin üçün növbəti addım "qazanacaq heç bir şeyinin qalmadığını" anlamaq olacaq.

ABŞ Prezidentinin keçmiş nümayəndəsi qeyd edib ki, Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını istəyir, Ukrayna isə bu ərazini güzəştə getməkdən imtina edir və bu, iki tərəf arasında əsas maneələrdən biridir.

Bundan əlavə, Kelloq sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirib. O, həmçinin Rusiyanın yaralı və ölü olaraq 1,2-1,4 milyon itki verdiyini qeyd edib.

Kelloqun sözlərinə görə, Putin çar II Nikolay olmaqdan qorxur. Çünki sonuncu rus çarı II Nikolay taxt-tacdan imtina etdikdən sonra güllələnib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
azpolitika.info

1Sources