EN

İsveç futbol millisindən gözlənilməz gediş

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İsveçin futbol milli komandasının baş məşqçisi Qrem Potter cəmi iki oyundan sonra yığma ilə müqavilə müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, yerli futbol assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, tərəflər 2030-cu ilə qədər olan yeni sazişə imza atıblar.

“Çelsi” və “Vest Hem”in keçmiş baş məşqçisi olan Potter oktyabr ayında İsveç yığmasının sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda dünya çempionatının seçmə mərhələsində İsveçrəyə darmadağın olsa da (1:4) və Sloveniya ilə heç-heçə etsə də (1:1), federasiya ona olan inamını itirməyib.

İsveç millisi seçmə mərhələnin B qrupunda dördüncü yeri tutsa da, Millətlər Liqasındakı reytinqi sayəsində pley-off mərhələsinə vəsiqə qazanıb. Şimal təmsilçisi martın 26-da Ukrayna ilə üz-üzə gələcək. Qələbə qazanacağı təqdirdə isə DÇ-2026-ya vəsiqə uğrunda Polşa - Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Potter İsveç futboluna yad deyil. O, 2011-2018-ci illərdə “Estersund” klubunu dördüncü diviziondan yüksək liqaya qaldırıb və 2017-ci ildə ölkə kubokunu qazanıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
icma.az

2Sources