EN

Rusiya Dövlət Duması VPN tətbiqini məhdudlaşdırmaq ehtimalını bildirib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya ərazisində VPN vasitəsilə hər hansı internet trafikinin məhdudlaşdırılması və ya tamamilə bloklanması gələcək 3–6 ay ərzində mümkün ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov bildirib.

“Düşünürəm ki, 3–6 ay ərzində xüsusi xidmət orqanlarımız VPN tətbiqini məhdudlaşdırmaq və ya bloklamaq imkanına malik olacaq. Hər hansı VPN-tətbiqi buna daxildir,” – deyə deputat jurnalistin "Telegram" və əvvəllər bloklanmış xarici sosial şəbəkələrin VPN vasitəsilə Rusiyada əlçatan olub-olmaması sualına cavab olaraq qeyd edib.

Svintsov daha əvvəl NSN-ə açıqlamasında bildirib ki, əgər "Telegram" tam bloklanarsa, VPN-dən istifadə edərək də Rusiyada işləməyəcək. Deputatın sözlərinə görə, "Roskomnadzor" VPN tətbiqini izləmək imkanına malikdir, buna görə də istifadəçilərin mesencerə çıxışı hələ də məhdudlaşdırılacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
icma.az

1Sources