EN

Quterreş: Yaxın Şərq böhranı mümkün qədər tez həll olunmalıdır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ və İsrailin İranı vurmasından sonra yaranmış Yaxın Şərq böhranının mümkün qədər tez həll olunmasının vacib olduğunu bildirib ki, onun mənfi təsirləri daha da artmasın.

Bizimyol.info xəbər verir ki, bu barədə Quterreş NTV telekanalına açıqlamasında bildirib.

“Bu müharibəni Yaxın Şərqdə mümkün qədər tez bitirmək vacibdir, çünki hadisələr artıq ABŞ və İsrailin İranı vurması çərçivəsini keçib. Biz belə bir vəziyyətdəyik ki, İranla qonşu olan bir çox ölkələr hücumlara məruz qalır və bu, olduqca gərgin mühit yaradır,” – deyə o qeyd edib.

Baş katib, ABŞ-ın İrana qarşı məqsədlərinin hələlik aydın olmadığını vurğulayıb: “Əslində bu, həmişə İsrailin istədiyi müharibədir və ABŞ-ı bu müharibəyə cəlb etmək də onun hədəfi olub. Hazırda ABŞ-ın məqsədi və son hədəfi nədir, aydın deyil. Lakin ABŞ istəsə, bu müharibə sona çatdıracaq,” – deyə o, əlavə edib.

Quterreş həmçinin Hörmüz boğazının bağlanmasına qarşı çıxıb: “Beynəlxalq hüquqa riayət olunmalıdır və gəmiçiliyin azadlığı təmin edilməlidir. Hörmüz boğazının bağlanması heç bir halda qəbul olunmaz. Bütün dünya buradan keçən məhsullara ehtiyac duyur,” – deyə o qeyd edib.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Hücumlar İranın ən iri şəhərlərinə, o cümlədən Tehrana dəyib. Ağ Ev bu hücumları İranın raket və nüvə təhdidləri ilə izah edib. İran İnqilab Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatları həyata keçirərək İsraildə obyektləri vurub. Həmçinin Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ obyektləri də hücuma məruz qalıb. Nəticədə İranın ali lideri Ayətullah Əli Xameneyi və bir sıra digər yüksək vəzifəli şəxslər həyatını itirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
icma.az

1Sources