17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçirilən görüş rəqibin 11:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda növbəti oyununu martın 15-də Sloveniyaya qarşı keçirəcək.