EN

Erməni revanşist politoloq Paşinyanı təhqir etdi: Ən aşağı səviyyəli vassal

Ermənistanda radikal və anti-Azərbaycan mövqeyi ilə tanınan politoloqlardan biri olan Stepan Danielyan baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına sərt və emosional reaksiyası ilə diqqət çəkib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Danielyan sosial şəbəkədə yazdığı şərhdə Paşinyanın çıxışını tənqid edərək onun Ermənistanın müstəqilliyi ilə bağlı siyasətini hədəf alıb.

Danielyan iddia edib ki, Paşinyan seçki kampaniyası zamanı “müstəqillik” anlayışından manipulyativ şəkildə istifadə edir və Qarabağ məsələsi ilə bağlı qərarlarını Ermənistanın müstəqilliyinin gücləndirilməsi kimi təqdim etməyə çalışır.

Danielyan Paşinyanın Avropa Parlamentindəki çıxışını isə kəskin ifadələrlə tənqid edib. Onun iddiasına görə, Ermənistan rəhbərliyi hakimiyyətdə qalmaq üçün xarici qüvvələrin dəstəyinə arxalanmağa çalışır.

Erməni politoloqun sözlərinə görə, bu proseslər Ermənistanın müstəqillik anlayışı ətrafında ciddi müzakirələr doğurur. O, Paşinyanı ən aşağı səviyyəli vassal adlandırıb.

Musavat.com

 

Chosen
87
musavat.com

1Sources