EN

İran ABŞ və İsrailli yeni əməliyyat cəbhələri ilə HƏDƏLƏDİ

Regiondakı münaqişə davam edəcəyi təqdirdə, Tehran ABŞ və İsrailə qarşı hərbi əməliyyatların yeni cəbhələrini aça bilər.

Publika.az xəbər verir ki, bu barədə İranın yeni ali lideri Müctəba Xameneinin xalqa müraciətində deyilir.

"Düşmənin demək olar ki, təcrübəsinin olmadığı və onun ciddi şəkildə zəif tərəflərinin üzə çıxacağı yeni cəbhələrin açılması məsələsi nəzərdən keçirilib", - Ayətullahın İranın dövlət teleradio şirkəti tərəfindən yayılan bəyanatında bildirilib.

Xameneinin sözlərinə görə, maraqlara söykənən "hərbi vəziyyət" davam edərsə, bu cəbhələr işə salınacaq.

O həmçinin vurğulayıb ki, düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanlarını qoruyub saxlamaq İran üçün mühüm əhəmiyyət kəsb edir.

Chosen
54
1
publika.az

2Sources