EN

Sahara səhrasına qar yağdı

Sahara səhrasına 40 ildə yeddinci dəfə qar yağıb.

Qaziler.az bildirir ki, bu barədə Daily Mail xəbər verir.

 "Səhraya qar yağıb və bölgənin məşhur narıncı qum təpələri ağarıb. Bu, son 40 ildə bölgədə yeddinci qar yağışı hesab edilir".

Qar yağışı Ayn Sefra şəhərində qeydə alınıb. 2016-cı ildən əvvəl orada 1979-cu ildə qar yağışı qeydə alınmışdı, lakin son illərdə bu hadisə daha tez-tez baş verib.

Nəşr yazır ki, bu dəfə qar örtüyü nazik olub və proqnozlara görə, yağdığı kimi tez əriyəcək.

QAZİLER.AZ

 

Chosen
63
1
qaziler.az

2Sources