EN

Yüksək Liqa: "Neftçi" İK və "Araz-Naxçıvan" qələbə qazandı

Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Neftçi" İK "Baku Fire" kollektivini 5:3 hesabı ilə üstələyib.

Ardınca "Araz-Naxçıvan" U-19 komandasına 13:0 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə "Şuşa" "Lənkəran"dan güclü olub - 14:1.

Xal durumu: "Neftçi" İK – 37, "Araz-Naxçıvan" – 37, "Baku Fire" – 26, "Şuşa" – 18, U-19 – 9, Lənkəran – 0.

Chosen
47
4
fanat.az

6Sources