EN

Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib – FOTOLAR 

Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib. Bayram tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, “Ağstafa Gənclər Evi” və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin əməkdaşları, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir qoruğa məxsus informasiya mərkəzində qədim musiqi alətləri – qara zurna və nağara sədaları altında Kosa, Keçəl və milli geyimli gənclərin xüsusi bəzədilmiş Dilbaz atları ilə məclisə gəlişi ilə başlamışdır.
Bayram tədbirinin bədii hissəsindən əvvəl Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənin uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov hər kəsə bayram təbirklərini çatdıraraq qeyd edib ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim və zəngin mənəvi dəyərlərini yaşadan el bayramıdır. Bu bayram yazın gəlişini, təbiətin oyanışını və həyatın yenilənməsini simvolizə edir. Bu cür tədbirlərin təşkili gənc nəsildə milli-mədəni dəyərlərə hörmətin və mədəni irsə marağın artırılmasına xidmət edir, həmçinin Keşikçidağın tarixi-mədəni irsinin tanıdılmasına mühüm töhfə verir.
Qoruğun direktoru Musa Mursaquliyev tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq əlavə edib ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus informasiya mərkəzində təşkil olunan tədbirin əsas məqsədi Azərbaycanın qədim adət-ənənələrinin qorunması və təbliği, milli bayramlarımızdan biri olan Novruzun dəyərlərinin gənc nəsilə çatdırılması, həmçinin Keşikçidağ mağaralar kompleksində yerləşən tarixi və mədəni irs nümunələrinin tanıdılmasıdır.
Həmçinin tədbir çərçivəsində “Kitabi Dədə Qorqud” dastanının prototipi hesab edilən Dədə Qorqudun dilindən ibrətamiz sözlər səsləndirilmiş, qonaqlar Novruz atributları ilə bəzədilmiş bayram dekorasiyaları, xalçalar və saxsı nümunələri ilə bəzədilmiş alaçıqlarla tanış olmuşlar. Tədbir çərçivəsində xalq oyunları, gənc qızların bayatı və haxışta söyləməsi, eləcə də milli musiqi alətləri və milli rəqslərin ifası nümayiş etdirilmişdir. Qonaqlara milli mətbəximizin ləziz təamlarından olan paxlava, şəkərbura, qoğal, göy kətəsi təqdim edilmişdir.Tədbir çərçivəsində qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Zəfər bağı”nda şəhid ailələri və qazilərin iştirakı ilə badam tingləri əkilmişdir.

image-img-20260312-wa0139 image-img-20260312-wa0138 image-img-20260312-wa0137 image-img-20260312-wa0136 image-img-20260312-wa0135 image-img-20260312-wa0133 image-img-20260312-wa0131 image-img-20260312-wa0130 image-img-20260312-wa0129 image-img-20260312-wa0128

Chosen
62
1
veteninfo.az

3Sources