EN

Türkiyə Prezidenti Ankarada BMT nin Baş katibini qəbul edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 12 mart, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 12-də Ankarada BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident kompleksində keçirilən danışıqlar mətbuat üçün qapalı rejimdə baş tutub.

Yaxın saatlarda Ankaranın Beştəpə mərkəzində A.Quterreşə Atatürk adına Beynəlxalq Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək.

Mükafatı BMT rəhbərinə Türkiyə Prezidenti təqdim edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
90
3
azertag.az

3Sources