EN

Ruzanna Məmmədova Avropa çempionatının finalına vəsiqə qazanıb

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

Moderator.az-ın məlumatına görə, R.Məmmədova yarımfinalda fransalı İris Matilda Tibunu məğlub edib.

Qeyd edək ki, daha əvvəl Gültəkin Şirinova və Günay Qurbanova da finala vəsiqəni təmin etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
2
moderator.az

2Sources