Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də start veriləcək. Kişilərin yarışında isə bu mərhələ aprelin 6-da başlayacaq.
Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.
Qeyd edək ki, Yüksək Liqanın pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.
⇧
